Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygünlə Röya eyni səhnədə - FOTO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.

Mynews.az xəbər verir ki, “Ulduzlar bir arada” adlı gecədə xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxan da yer alıblar.

Röya əməkdar artist Miri Yusiflə, A.Kazımova isə Raufla duet səsləndiriblər. Kazımova konsertə qara uzun, yarıqlı və sinə dekolteli libas geyinib. Röya isə "Martin Grant" brendinin 2018 payız-qış kolleksiyasından olan üst geyimi ilə səhnəyə çıxıb.

Qeyd edək ki, illərdir küsülü olan iki sənətçi bundan əvvəl də dəfələrlə eyni səhnəni paylaşıblar. Onlar bir araya gəldikləri məclislərdə üz-üzə gəlməməyə çalışıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...