Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hadisə bacısını məhkəməyə verdi - FOTO

Türkiyəli ifaçı Hadisə bacısı Hülya Açıkgözü məhkəməyə verib.

Mynews.az xəbər verir ki, anaları Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra aralarında problem yaranan bacıların münasibətləri korlanmışdı.

Hadisə bacıları ilə iş əlaqələrini kəsmişdi. Ötən günlərdə müsahibə verən müğənni bu mövzunun bir az daha müzakirə olunacağını, ancaq həssas bir mövzu olduğu üçün jurnalistlərdən məsələnin qabardılmamasını xahiş etmişdi.

Onun bu açıqlamanı nəyə görə etdiyi isə bu günlərdə məlum olub. Belə ki, müğənni bacısının ona görə əldə etdiyi maddi qazancı geri qaytarması üçün məhkəməyə müraciət edib.

Kliplərində və konsertlərində bacısı ilə birgə işləyən Hadisə bacısının haqsız qazanc əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, məhkəmənin ilk iclası sentyabr ayının ikinci həftəsində gerçəkləşəcək.

 

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...