Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oksana ilk dəfə ana olmasından danışıb - FOTO

Rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb. 

Mynews.az 1news.az-a istinadən xəbər verir ki, sənətçi hamiləlik şəkillərini yayıb. O bildirib ki, xoşbəxtdir:

““Mənim şəxsi həyatım barədə danışmamağa bir neçə səbəblərim var idi. Mən bir çox insanların tənqidlərinə tuş gəldim. Amma eyni zamanda  bir çoxları da məni dəstəklədi. Yazılan hər bir şərhi oxuyurdum.

Bəli, mənim şəxsi həyatım həmişə göz önüdə olub, amma özümə söz verdim ki, bu, bir daha olmayacaq. Ümumiyyətlə, mən heç bir problemlərimi tamaşaçı ilə paylaşmamışam, amma nədənsə şəxsi həyatım həmişə diqqət mərkəzində olub.

Mən ailə qurdum, hamilə oldum. Amma bu barədə heç bir  müsahibə vermədim, çünki mətbuat nümayəndələri və aparıcıları sayəsində çox stress keçirdim. Mənim problemlərim barədə bilmədən xəbərlər yazdılar. Ancaq onların da başına eyni problemlərin  gələ biləcəyini  düşünməlidirlər.

Həyəcanlandım, ağladım, üzüldüm, amma özümə söz verdiyim üçün heç kimə heç bir şey demədim. Mən indi də bu barədə danışmayacağam . Amma həyatımda baş verən dəyişiklikləri bölüşmək istəyirəm. Allahdan hər bir qadının ana olmağını arzu edirəm”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...