Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Demet Akalın boşanır

Müğənni Demet Akalın və Okan Kurt cütlüyünün boşanması haqda xəbərlər yayılıb. 

Mynews.az məlumat verir ki, ikilinin boşanmasına səbəb evlərinin və şirkətlərinə məxsus maşınların müsadirə olunmasıdır. Belə ki, ötən illərdə “Martaj lojistik”in sahibi olan Okanın 150 milyon lirəyə yaxın borcu olduğu məlum olmuşdu. Ardınca da maaşlarını ala bilməyən işçilər Kurtu məhkəməyə vermişdi.

Bir müddət əvvəl “Çox çətinliklər oldu, amma öhdəsindən gəldik” deyən Akalın bu dəfə ayrılıq qərarına gəlib. Müğənni və həyat yoldaşının məhkəməsi bu gün baş tutacaq.

Qeyd edək ki, İkilinin Hira adlı bir qız övladı var. (Axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...