Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun
Ötən gün müğənni Nura Surinin verilişlər və aparıcılarla bağlı yazdığı “Facebook” statusu rezonans doğurub.
Mynews.az xəbər verir ki, ifaçı ikinci dəfə bununla bağlı paylaşım edib.
“Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”, - deyə paylaşım edən Nuraya sənət dostları da dəstək çıxıb.
Onlar Milli Televiziya və Radio Şurasına müraicət edərək mənəviyyatı korlayan proqramların televiziyalardan yığışdırılmasını və onlara nəzarət olunmalarını istəyiblər.
Əməkdar artist Lalə Məmmədova “Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir”, - deyə “Instagram”da yazaraq Nuraya dəstək olub.
Müğənnilər Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev də sosial media hesablarında Surini dəstəkləyərək bəzi proqramların efirlərdən yığışdırılmasını istəyiblər.
Qeyd edək ki, müğənnilər bundan öncə də radiolara nəzarət edilməsi barədə MTRŞ-ə müraciət etmişdi.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 977 dəfə oxunub
- Emin Ağalarov söz verdi 977 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 975 dəfə oxunub