Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ancaq AzTV-yə o cür çəkilişə icazə verilir" - "Yaşıl teatr"ın direktorundan Şəbnəmin açıqlamasına REAKSİYA

"Yaşıl teatr"ın direktoru Seyran Cavadov müğənni Şəbnəm Tovuzlunun açıqlamasına münasibət bildirib.

Mynews.az-ın məlumatına görə, Direktor "Ölkə.Az"a bildirib ki, rəhbərlik etdiyi teatrda hətta dronla çəkiliş aparmağa icazə yoxdur:

"Bizim teatrda heç Allahın dronuyla çəkiliş aparmağa icazə verilmir. Siz nə danışırsız? Ancaq AzTV dronla çəkiliş apara bilər. Sözdür deyib də. Yox bir təyyarədən nəzarət edəcəklər. Kim orada elə çəkiliş aparmağa icazə verər?" 

Qeyd edək ki, Ş.Tovuzlu iki gün öncə "Yaşıl teatr"da baş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etdiyini bildirmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...