Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nigar Mətanətə söz atdı: - "Limon suyu içirəm" - VİDEO

“Eurovision 2011” qalibi Nigar Camal müğənni Mətanət Əsədovaya söz atıb.

Mynews.az-ın məlumatına görə, Yunanıstanda dincələn Nigar və Eldar Qasımovu hovuzda çimərkən və içki içərkən aparıcı Ranar Musayev lentə alıb. Bu zaman Ranar müğənnilərə “Nə içirsiniz” sualını ünvanlayıb. Nigar isə ona “Limon suyu içirəm” cavabını verib. Hər üç məşhur gülməyə başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl M.Əsədovanın kişilərlə içki içən yerdə videosu lentə alınıb yayılmışdı. Həmin videodan sonra Mətanət “Orada limon suyu içirdim” cavabını vermişdi.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...