Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygünlə Namiq bir araya gəldi - VİDEO

Xalq artisti Aygün Kazımova və keçmiş duet ortağı meyxanaçı Namiq Qaraçuxurlu bir araya gəlib.

Mynews.az-ın məlumatına görə, müğənnilər Moskvada baş tutan toy məclisinə qatılıblar. İfaçılar gecədə “Sevdi ürək” və “Bağlanıram” mahnılarını oxuyublar.

Onların səhnədəki görüntüsünü aşıq Mübariz Camaloğlu lentə alaraq İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, Aygün və Namiq duet oxuduqları ərəfədə sevgili olublar. Daha sonra qalmaqallı şəkildə işbirliklərinə və münasibətlərinə son qoyublar. A.Kazımova Namiqin onun bağ evini əlindən aldığını deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...