Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ehtiraslı fotolara görə topa tutulan Könül - "Qeyrətli kişisənsə arvadının..."-FOTO

Cazibədar aparıcı və aktrisa Könül Yusifqızının paylaşdığı fotolar birmənalı qarşılanmayıb. Açıq-saçıq fotosuna görə bəziləri onu tənqid edib, bəziləri isə onun gözəl bədənindən heyrətləndiklərini yazıblar.

Mynews.az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən Könül qalmaqallı fotolarından danışaraq, tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Kim nə istəyir danışsın. İnanın ki, fotolarımın altına mənfi rəy yazan kişilərin çoxu evdə arvadından qorxur. İndi hamısının qeyrət damarı tutub. Adama deyərlər get, arvadının qeyrətini çək, mənim dərdimə qalma. Mən sənət adamıyam, aktrisayam, aparıcıyam, fotosessiya etdirmişəm, burada nə var axı? “Şəhrizad gecələri” adı yeni layihəmdir. Bu fotolarda obraza girmişəm və məqsədim heç də bəzi dardüşüncəli insanların düşündüyü kimi bədənimi açıb göstərmək deyil. Belə də ki, gözəl bədən quruluşum var, bununla da bəzilərini yandırıb-yaxıram. Hələ arıqlayıb daha bir fotosessiya etdirəcəm. O fotolar çoxlarını yandırıb-yaxacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...