Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qəddarcasına yazılmış mesajlar aldım" - Vüsalə

"Efirdən sonra pozitiv, xoş arzularla, dualarla dolu gözəl və neqativ, qəddarcasına yazılmış mesajlar aldım. Ona görə bu paylaşımı etmək qənaətinə gəldim".

Mynews.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazıb. Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya maddi yardım edən və buna görə sosial şəbəkədə qınanılan aparıcı tənqidlərə cavab verib:

"Əslində iştirak etmədən köməyimi göndərmək istədim. İmkanım çatan qədər... Etdiyim köməkliyi demirəm, yazmıram, o insanlar, Allahım bildi yeterlidir. Amma indi zəmanə dəyişib, gərək kimlərisə bu addıma cəlb etmək üçün göstərəsən ki, filankəs etdi, "mən qaldım" deyib, sənə qoşulsun. Dostlarım, həmkarlarım "İştirakın da bir dəstəkdir" dedilər və dəvət etdilər. Çünki mən də sağlamlığımla bağlı çox çətin bir yol keçmişəm. 

Dəfələrlə böyük sınaqlardan keçib pozitiv, gülərək, güclü ayaqda qalan bir insanın, həyatda təkbaşına mücadilə edən bir qadının dəstəyi çox önəmlidir. Tünzalə ilə gözəl, xoş əhval-ruhiyyəli bir yol keçdik, bir-birimizi yaxından tanıdıq, kefiniz olmayanda üzünüzə, söz-söhbətiniz, küsülüyünüz olanda evinizə gülüş gətirdik. O, sənət üçün doğulmuş insanlardandır, nə olar, xahiş edirəm aqressiv fikirlerinizi yazmayın, hər kəsin bir qisməti var, onun da bəxtinə məşhur olmaq, sonra belə bir sınaqdan keçmək yazılıb. Əgər köməyinə gələn, yardım edən varsa, bu da Allahın məsləhətidir, qınamayın, xəstəxana otagında kiminsə yolunu, yardımını gözləmək, kimsə məni yad etsin istəyi ilə gözü qapıda qalmaq, insan həyatının ən ağır cəzasıdır. Bunu mən bilirəm yaşamayan bilməz.

Bizim xalq çox rəhmli, xeyirxah xalqdır, dəfələrlə xəstələrə yardım paylaşmışam çox kömək olunub. Tünzaləyə niyə olmasın axı? Bu gündən sabaha ümid yoxdur, bu həyatın sürprizlərindən qorxun bir az".

Qeyd edək ki, Vüsalə "Bizimləsən" verilişinə qatılaraq, T.Əliyevaya dəstək olmuşdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...