Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Yəqin daha aqressiv olmayacaq" - Fatimədən ana olan Oksanaya-VİDEO

Rəqqasə Fatimə Fətəliyeva uzun müddətdir küsülü olduğu həmkarı Oksana Rəsulova haqda danışıb. 

Mynews.az-ın məlumatına görə, o, “ATV maqazin onlarla”ya açıqlamasında rəqqasəyə söz atıb. O, Oksananı aqresiv adlandırıb:

"Ana olduğuna görə çox sevinirəm. Baxmayaraq ki, vaxt olub mənə görə sevinməyiblər. Amma mən sevinirəm. Allah balasını min budaq etsin. Məncə ana olduqdan sonra daha aqressiyaları olmayacaq. Ana olmaq doğrudan da gözəl hissdir".

Qeyd edək ki, Oksana ilə Fatimə arasında illərdir qalmaqal yaşanıb. Fatimə bir neçə dəfə qarşı tərəfə barışıq addımı atsa da, Oksana bunu qəbul etməyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...