Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bunu bir mən bilirəm, bir "Toppuş bacı”, bir də Allah" - Vasif Məhərrəmli

"Mən "Toppuş bacı”ya qarşı insanlıq borcumu yerinə yetirdim. O düz edirdi, yoxsa səhv, mən bu məsələlərə qarışmıram”.

Mynews.az-ın Azxeber.com-a istinadən məlumatına görə, bu sözləri açıqlamasında əməkdar artist Vasif Məhərrəmli xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyevanın efirdə pul yığmasının kəskin tənqid olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kiminsə fikrinə qarışmaq, rəy vermək niyyətində deyil: 

"Mən bu barədə heç nə deyə bilmərəm. Kim nə düşünür, neyləyir, özü bilər. Mən insanlıq borcumu yerinə yetirdim, əlimdən gələn köməyi etdim”.

"Toppuş bacı”ya nə qədər pul verdiyini söyləməyən sənətçi bundan sonra pulu olarsa, yenə belə aksiyalarda iştirak edəcəyini bildirib:

"Rəqəm açıqlamıram. Mən ona bu pulu paketdə verdim. Bunu bir mən bilirəm, bir "Toppuş bacı”, bir də Allah”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...