Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Maşınımın benzin pulu 400 manatdır” - Rəqsanənin qızı-VİDEO

“Bəziləri kimi “İnstagram” izləyicilərimin heç biri saxta deyil. Biraz az tanınıram deyə, bu o demək deyil ki, heç kimdən nə artıq, nə də əskiyəm. Heç kim deyə bilməz ki, yolda gedəndə “şəkil çəkdirək” deyənə imtina etmişəm. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da...”.

Mynews.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun “Show News” verilişinə açıqlamasında deyib. Aysun çəkildiyi, amma hələ də təhvil verilməyən filmdən bəhs edib:

“Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Azərbaycanda türklərin çəkdiyi bir filmə çəkildim. O filmin üstündən 10 il keçib, hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir taxta ev tutulmuşdu. Dedim ki, qala bilmərəm camaatla. Özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı qorumanın və sürücümün pulunu ödədim. Hələ o vaxt mən bu qədər tanınmırdım. 

Onunla belə kişinin oğlu mənə 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim, qurbandı istəmirəm”.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...