Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızına 400 minlik toy edən rəis işdən çıxarıldı

Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov vəzifəsindən azad edilib.

Mynews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, onun işdən çıxarılması ilə bağlı əmri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov imzalayıb. Q. Şükürovun əmri dünən verilib və hələlik onun yerinə təyinat olmayıb.

Əldə etdilən məlumata görə, bir neçə gün əvvəl BŞİH tərəfindən idarədə başlayan yoxlama daha da genişləndirilib. İH-nin nümayəndələri tərəfindən başlayan yoxlamalara prokurorluq orqanlarının əməkdaşları da əlavə olunub.

Xəbər Bakı ŞİH tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin işdən çıxarılan rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 min manatlıq toy keçirməklə gündəmə gəlmişdi.

Qeyd edək ki, Q. Şükürovun işdən çıxarılması haqda ilk xəbəri musavat.com yayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...