Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günay Kiyev metrosunda klip çəkdirdi: - "Yerini çaşma..." - VİDEO

Müğənni Günay İbrahimli fərqli bir tərzdə kamera qarşısına keçib. 

Mynews.az-ın məlumatına görə, yeni klip çəkilişi üçün Ukraynaya yollanıb. Sənətçi rejissor Fərhad Əli və xarici komanda ilə birgə “Can atma” adlı ritmik mahnınısı ekranlaşdırıb. 

Günay bildirib ki, layihə üzərində böyük bir heyət çalışıb. Çəkilişlər Kiyev şəhərində reallaşıb. Ekran işinin bir hissəsi metroda lentə alınıb. Sənətçinin bu dəfə obrazı üzərində dizayner Nigar Atakişizadə çalışıb və Günay üçün dörd geyim hazırlanıb. Bundan əlavə, ekran işində İbrahimli maraqlı rəqsi ilə də diqqət çəkib. 

“Can atma” adlı mahnının sözləri Aydan Xəndana, musiqisi İsmayıl Əsədova məxsusdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...