Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oksana ana olduqdan sonra ilk dəfə - FOTO

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova bir neçə həftə əvvəl ana olub. 

Mynews.az-ın məlumatına görə, uzun müddətdir media qarşısına çıxmayan sənətçi sosial şəbəkədə yalnız hamilə vaxtlarının şəkillərini yayımlayırdı. Bu gün isə Oksana yeni şəklini izləyiciləri ilə paylaşıb. 

Hər zaman arıq olan rəqqasənin köklüyü diqqətdən qaçmayıb. Sənətçi özü də fotosuna "Dünənki çəkilişdən... Kökəlmişəm, arıqlayıram" şərhini yazıb. 

Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Övladına Osman adını qoyub. Sənətçi hamiləlik xəbərini uzun müddət hər kəsdən gizlədib. Onun süni mayalanma ilə hamilə qaldığı bildirilib. Rəqqasə isə bunun yalan olduğunu söyləyib. O deyib ki, bir ildir sevdiyi şəxslə ailə qurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...