Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oksana ilk dəfə danışdı: “16 ildir uşaq həsrəti çəkirdim”

“X maqazin” verilişinin növbəti qonağı rəqqasə Oksana Rəsulova olub. 

Mynews.az-ın məlumatına görə, yenicə ana olan Oksana hamiləlik müddətində nələr baş verdiyi haqda danışıb:

"Hamiləlik müddətində Türkiyəyə getmişdim. Sonra qayıtdım Azərbaycana. Anamgilin yanında Dəvəçidə qaldım. 9 ay ərzində tənqid də etdilər, təhqir də etdilər. Hamiləliyim çox qabarıq şəkildə təqdim edildi. Süni mayalanmadan doğulan uşaq atasız sayılmır. Elə ailələr var ki, sonsuzluq problemi olur və süni mayalanma üsuluna əl atırlar. Bu zaman ata və ana iştirak edir. Bizdə elə bir qanun yoxdur ki, süni mayalanma olsun, ana getsin, amma ata olmasın. Mütləq şəkildə nikah olmalıdır". 

Övladına Osman adını verən rəqqasə onu qınayanlara bunları deyib:

“21-ci əsrdir. Hazırda çox adam bu üsula əl atır. Mən kövrəldim. Çünki bilirdilər ki, 16 ildir problem yaşayıram, uşaq həsrəti çəkirəm. Dünyada elə bir həkim qalmayıb ki, müraciət etməyim. Axı insanlar hardan bilir ki, bu nikahdan kənar uşaqdır. Bu nə dərəcədə düzgündür. Məndən soruşardılar bu barədə”. 

Oksana hazırda ailəli olduğunu bildirib:

“Çox insanlar qınadı. Deyirdilər ki, niyə şəkil paylaşmıram. İndiyə qədər şəxsi həyatım göz qarşısında olub. Həyat yoldaşım iş adamıdır. Türkiyədə yaşayır, azərbaycanlıdır. Hətta bu verilişə də gəlməyə icazə vermirdi. İstəmir şəkillər paylaşım. Övladım oğlandır. Bu xəbərləri, verilişləri böyüyəndə görə bilər. Siz məni yox, heç olmasa övladımı düşünün”. 

O.Rəsulova rəqqasə Fatimə Fətəliyevanın onun haqda dediyi “Ana olduqdan sonra daha aqressiyaları olmayacaq” sözlərinə də cavab verib:

"Münasibətim pis olan insanlar 1-2 nəfərdir. Onlardan təbrik də gözləmirdim, heç etmədilər də. İnsan öz problemini başqasnın üstünə atmaz. Mən heç vaxt aqressiv olmamışam. Dürüstlüyü aqressivliklə səhv salanlara sözüm odur ki, məni təbrik etdiniz təşəkkür edirəm. Amma səhv salmayın. O dedi ki, ana olubsa, aqressivliyi kənara atsın. Amma mən bunu ana olmayanlara da məsləhət görürəm". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...