Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əgər başıma bir iş gəlsə..." - Xoşqədəmi ölümlə təhdid etdilər - VİDEO

1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlu ilə bağlı BƏƏ-yə qədər gedib axtarışlar aparan Xoşqədəm Hidayətqızı təhdid olunur.

Mynews.az xəbər verir ki, bu barədə Xoşqədəm aparıcısı olduğu "Səni axtarıram" proqramında məlumat verib.  

O, Elçinin yoxa çıxmağında böyük bir dəstənin əlinin olduğunu, sona çatan axtarışların dayandırılması üçün son günlər təhdid edildiyini bildirib:

"Bu məsələyə görə, başım dərddəir. Mənə hədə-qorxu gəlirlər. Mənim başıma bir iş gəlsə... Əslində, özüm üçün qorxmuram. Qorxsaydım, buradan açıq-açıq danışmazdım. İki körpə balam var, mən onlar üçün qorxuram. Onlarsız yaşaya bilmərəm. Buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm. Mənim həyatım təhlükədədir. Əgər başıma bir iş gəlsə, bu insanlardan bilin".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...