Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Muraddan Tünzaləyə: İstedadlı adamları it-pişiklə müqayisə etmək etik deyil

Əməkdar artist Tünzalə Ağayevanın müsahibəsi zamanı işlətdiyi “İt-pişiyə “internet müğənnisi”ndən daha çox hörmət edirəm” sözləri birmənalı qarşılanmayıb.

Mynews.az xəbər verir ki, onun müsahibəsinə aparıcı Murad Əzimzadəmünasibət bildirib.

“XXI əsr, kompüter əsri, insanlar sosial şəbəkədə səslərini eşitdirir, tanınır, sevilir. Düşünürəm ki, yaradıcı adama fərq etmir internet və ya efir, küçə, tin, səhnə. Əgər bir adamda işıq varsa, o, bir gün günəş kimi nur saçacaq. İstedadı olan adamları it-pişiklə müqayisə etmək bir az etik deyil. Sevgilər, hörmətlər”, - deyə Murad yazıb.

Qeyd edək ki, Ağayeva fikirlərini belə ifadə etmişdi:

“Pişik də oxuyub “internet müğənnisi” ola bilər. Mənim üçün “internet müğənnisi” ilə itin-pişiyin fərqi yoxdur. Heyvana onlardan daha çox hörmətim var. Biri var baxırsan ki, bu, dəmirdir. Ancaq insan olub heyvanlaşmağı, əşyalaşmağı başa düşmürəm.

Çayı da gözəl dəmləməyi bacarmaq lazımdır. Hər şeyin ustası olmaq lazımdır. İndiki “internet müğənniləri”nə heç bir münasibət bəsləyə bilmirəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...