Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elməddinin oğluna böyrək verməsi, - Oksananın səmimi səhnələri...

Ötən gün Nizami Kino Mərkəzində "Qaragöz" filminin qala gecəsi keçirilib.

Təqdimatda yerli məşhurlardan, demək olar, hamısı, hətta futbolçular da iştirak ediblər. Onlar mərasimdə müxbirlərin suallarını cavablandırıb, fanatları ilə şəkil çəkdirdikdən sonra birlikdə film izləyiblər.

Filmin qala gecəsində Azərbaycanda ilk dəfə olaraq orkestr ifa edib, filmin soundtreki kinodan əvvəl canlı şəkildə səsləndirilib. Bu tamaşaçılara xüsusi zövq verib, xeyli əyləndirib.

Kino ilə bağlı tamaşaçıların ümidləri böyük idi. Çünki hələ bir-iki həftə əvvəl filmdəki obrazın kassir qıza 30 qəpik əvəzinə 6 ədəd kibrit verdiyi səhnə sosial şəbəkələrdə ən çox izlənən videolar sırasındaydı.

Film gözlənilən, hətta deyərdim daha da yaxşı nəticəni verdi. Kinonu ayaqüstə alqışlayanlar belə oldu.

Filmdə evdə işıq yandırmayan, su, qaz işlətməyən, paket çayını yüzlərlə dəfə istifadə edən, kolbasa dilimini 5-6 dəfəyə yeyən birinin oğlu üçün böyrəyindən keçməsi klüminasiya nöqtəsi idi.

Bu səhnə qısametrajlı Koreya filmlərindəki təsirli səhnələri xatırlatsa da, indiyə qədər işlənməmiş mövzunun film olaraq işıqlandırılması kinonun üstünlüyüdür.

Baş rol ifaçısı Oksana Rəsulovanın Elməddin Cəfərovla səmimi səhnələri, əl-ələ tutuşmaları ekran işinin diqqət çəkən məqamlarından oldu. Oksana öz rolunun öhdəsindən bacarıqla gələ bilmişdi.

Tək-tük filmlərdən oldu ki, tamaşaçılar axıra qədər, səbrlə filmi izlədilər. Hətta film bitəndə belə təsirli səhnələrə görə gözü yaşaran tamaşaçıları, xüsusən də xanımları görmək olurdu.

Gülməli olaraq başlayıb, təsirli səhnələri olan film, elə gülməli də bitir. Komediya sahəsində uğurlu işlər görən Elməddin filmə dramatik səhnələr və klassik musiqilər əlavə etməklə tamaşaçıların bir daha rəğbətini qazandı.

Qeyd edim ki, film ayın 18-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...