Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Atam öləndən sonra o evə ayaq basmıram" - Yeganə ağladı - VİDEO

Müğənni Yeganə Mürsəlova uşaqlıq illərində yaşadığı məhləsini nümayiş etdirib.

Mynews.az-ın məlumatına görə, sənətçi "5/5" verilişinin "Unuda bilmirəm" proqramında qonaq olub. Yeganə bildirib ki, atası öləndən sonra evlərini satıb köçüblər:

"Anamla gördük ki, burada yaşaya bilmirik. Atamın ən çox sevdiyi ev idi. Onun qırx mərasimindən sonra bu həyətə ayaq basmadım. Atamı Novruz bayramında itirdim. Ona görə də mən illərdir bu bayramı evdə qeyd etmirəm. Sevmirəm bu bayramı. Ölməzdən 12 saat əvvəl evdə oturmuşduq. Dedi ki, gəl səni öpüm, birdən sabah görmərəm. Bizdə ata-ana öpmək yox idi. Dedim, bəsdir, neynirsən, hələ Bakıdayam, görüşəcəyik. Bu, məni ölənə kimi yandıracaq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...