Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Elşad yoxdur, onu bağlayın" - Oksana əsəbiləşdi

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə adının hallanmasına əsəbiləşib. 

Mynews.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində rol aldığı yeni filmdən danışıb. O, aparıcı-prodüser Tarix Əliyevin "Oksana naz etmədi ki, ssenarini göndərin baxım? Elşaddan sonra heç kimlə öpüşə bilmərəm" sözlərinə Oksana əsəblə cavab verib:

"Bəsdirin. Elşad yoxdur daha. Elşad söhbətin bağlayın".

Qeyd edək ki, Oksana və Elşad qalmaqallı şəkildə ayrılıb. Sonuncu dəfə rəqqasə reperi polisə şikayət edərək, onu döyməkdə günahlandırıb. 

Rəqqasə bir neçə ay əvvəl ana olub. Yenidən ailə qurduğunu deyən Oksana oğluna Osman adını qoyub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...