"Mən şərəfsiz deyiləm..." - Esradan hökumətin qərarına münasibət
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu gün verdiyi açıqlamada evlilik verilişlərinin ləğv ediləcəyini söyləyib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aparıcı Esra Erol hökumətin bu qərarına canlı efir zamanı münasibət bildirərək mövsümün sonunda proqramla vidalaşacağını bildirib.
"Cənab, bu proqramları bağlayın, sizin də canınız qurtarsın, mənim də...10 ildir ekranlardayam, 10 ildir bu verilişi aparıram və bunu haralarasa aparmaq istədim. Bu işə çox əmək vermişəm, bir uşağı böyütdüm...Amma proqramın son 2 ildəki vəziyyəti məni həyatımdan bezdirdi. Mövsümün sonuna qədər verilişi aparacağam. Mən şərəfsiz insan deyiləm. O xəbərlərin içində olmaq istəmirəm. Şərəfim, vicdanım, qürurum gördüyüm hər işdən, qazandığım puldan da önəmlidir. Bütün bunları atamdan öyrənmişəm. Hardasa palçıq varsa, o, sizə də bulaşacaq. Mən o palçıqla yaşaya bilmərəm", - deyə aparıcı qeyd edib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 916 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 599 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 590 dəfə oxunub