“Əxlaqsız adamlar, əl çəkin məndən” - Əməkdar artistin qızından “hicab” məsələsin sərt münasibət
Əməkdar artist Firuzə İbadova qızı Hülya ilə birgə tədbirlərdən birinə qatılıb. Bir müddət əvvəl hicaba keçən müğənni qızının yenidən başını açması təəccübə səbəb olub.
Əməkdar artistin qızı Mynews.az-a danışaraq, məsələyə bu cür aydınlıq gətirib: "Hər kəs məni tanıyır, bilirlər ki, 2011-ci ildə də Məşhəd ziyarətinə gedəndə başımı bağlamışdım. Bu cür ağır ziyarətlərə
gedəndə 40 gün hicaba keçmək lazımdır. Bu il də ziyarətdən gələndən sonra müvəqqəti başımı bağladım. Düzdü, istəyirdim ki, bu, davamlı olsun. Lakin səhhətimlə bağlı olaraq bu istəyimi həyata keçirə bilmədim. Çünki zəhərli zobum var, tez-tez başım gicəllənir. Gah yazırlar ki, başımı bağlayıb, ərə gedirəm!
Mən yoldaşımla kağız üstündə ayrılmışam, biz bir yerdəyik, ayrılmaq fikrim də yoxdur. Sadəcə olaraq, işləri ilə bağlı o xaricdə yaşayır, mən burda. Bakıya gələndə birlikdə oluruq, bizim bir qızımız var.
Məndən yazmağa başqa heç nə tapa bilmirlər, qalıblar daha nə yazsınlar! Bir də görürsən, yazırlar ki, dodağımı şişirtmişəm. Mənim dodağımı şişirtməyimdən sizə nə? İkincisi, də onu deyim ki, məktəb illərindən mənim dodağım bu cürdür. Məni valideynlərim belə dünyaya gətirib, Allah məni belə
yaradıb.
Axı məndən nə istəyirsiz? Əl çəkin məndən, rahat buraxın! Mənim haqqıma girənlərə Allah cəza versin. Mənim haqqımda rəy yazan əxlaqsız adamlar sizsiz, mən yox".
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 931 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 922 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 921 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 919 dəfə oxunub