Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Uşağın atası hansı kişidirsə, onun arvadı şoka düşsün...” - FOTO

"Uşağın atası hansı kişidirsə, onun arvadı şoka düşsün, mənə nə?".

Mynews.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu big.az-a açıqlamasında deyib. Xanım ifaçı bildirib ki, həmkarı Vəfa Şərifovanın uşaq dünyaya gətirdiyi iddia edilən Famil Xəlilovla adının hallanması sadəcə gülməlidir:

"Kim harda, gizlin, ya da açıq-aşkarda doğub, kimdən uşaq dünyaya gətirib, bütün bunlarla maraqlanmıram, vaxtım da yoxdur, Saratovda, Moskvada konsertlərim var, onlara başım qarışıqdır. Şükür Allaha, həyat yoldaşım, övladlarım yanımdadır. Bəlkə, kimlərsə nədənsə, kimlərdənsə qorxur, elədiyini üzə çıxara bilmir, ondan mənə nə? Allah hamının övladını özünə bağışlasın. Mənim ərim oğlunu həvəslə öz qucağında hər yerdə gəzdirir. Oğlum Əli Həci üçün dünyadır, əsli-köküdür, adı-sanıdır. Hamı da bilir ki, mən ailəmə, sevdiyim şəxsə, övladlarıma düşkünəm. Məni yalnız mənim olanlar maraqlandırır, başqa heç nə".

Bu məqamda xatırladaq ki, bir neçə gün öncə müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib. Əldə olunan məlumata görə, uşağın atası adı Şəbnəm Tovuzluyla hallanan Famil Xəlilovdur. Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında uzun müddətdir məhz Famil Xəlilova görə davam edən münaqişə var. Belə ki, Şəbnəm Vəfadan öncə uzun müddət Famil Xəlilovla vətəndaş nikahında yaşayıb. Hazırda isə Şəbnəm Tovuzlu (Əsədova) ailə qurub, oğul anasıdır. O, ərinin Həci adlı şəxs olduğunu bildirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...