Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Xalq artisti ərinin dördüncü arvadını döyüb"

Aparıcı Zaur Baxşəliyev adını gizli saxladığı xalq artisti ilə bağlı hər kəsi heyrətləndirən açıqlama verib. 

Mynews.az-ın məlumatına görə, o, "Bizimləsən"də deyib ki, xalq artisti ərinin keçmiş arvadını döyüb:

"Ərinin dördüncü arvadı olub, birinci arvadını salıb təpiyinin altına döyüb. Bir yerdə şəkillər çəkdiriblər, qol-boyun olub, yeyib-içiblər. Kişi o qədər tolerant olub ki, hamısının arasında yaxşı münasibət yaradıb. 

Kişi ölən kimi bu dördüncü arvad - yəni xalq artisti hücum çəkir birinci arvadın üstünə ki, evdən çıx. Xalq artistinin saçını-başını yolur, hər şeyi alır əlindən. Çox məşhur bir xalq artistidir. Şoka düşdüm ki, hara gəldik çıxdıq biz. Ər ölməzdən əvvəl yeyib-içirsən, gəzməklərdə olub, rəfiqəlik edirsən. Kişi başını yerə qoyan kimi, arvadı saçlıyıb yerə qoyursan ki, evdən çıx". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...