Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Onunla qızıma görə..." - Şəbnəm birinci ərindən danışdı - VİDEO

"Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Hər şey ailə ilə bağlı birləşib. Bəlkə övlad olmasa, "salam, sağ ol" da olmazdı".

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Bizimləsən" verilişində deyib. Sənətçi 15 yaşlı qızı Güneldən və ilk həyat yoldaşından danışıb:

"Qızım atasına çox bənzəyir. Özü ilə "salam, sağ olum" olmasa da, bilirəm ki, o, onunla nəfəs alır. Hər ikisi bir-biri ilə nəfəs alır. Onlara şərait yaratmaq mənim borcumdur.

Həyat yoldaşım da deyir ki, Günel, o, sənin atandır. Sən mənim canımsan, nə deyirsən gözüm üstə. İndiki yoldaşım artıq 5 ildir Güneli əlinin içində saxlayır. Amma o sənin yarındır. Onunla görüş də, sev də, atandır".

Qeyd edək ki, Şəbnəmin ikinci nikahından bir oğul övladı da var. İfaçı Hacı Rafiq adlı iş adamı ilə evlidir.      

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...