Təranə Qumral məhkəmədə yenə uduzdu
Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi hələ də bitmək bilmir.
Mynews.az-ın məlumatına görə, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan Təranə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.
Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev açıqlamasında bildirib ki, bundan sonra qarşı tərəfin nə edəcəyindən xəbərsizdilər:
"Təranə Qumralın Ali Məhkəməyə müraciət etmə hüququ var. Amma nə edəcəyini bilmirik. Onun Bakı Apellyasiya Məhkəməsinə müraciəti də təmin edilmədi"
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral 4 min manat məbləğində cərimə edilib. Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1117 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1104 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1104 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1100 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 996 dəfə oxunub