Nazənin Təranə Qumrala cavab verdi - "Çaşma"
Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb. Buna səbəb Qumralın Nazənini yalançılıqda suçlamasıdır.
Mynews.az xəbər verir ki, yenicag-a açıqlama verən Nazənin Təranə Qumralın onun adını hallandırmasına etiraz edib:
"Mən heç vaxt bu barədə danışmamışam və danışmaq da istəmirəm. Çünki başım verilişimə, yaradıcılığıma, nəvələrimə, ailəmə qarışıb. Yeni mahnılar yazdırıram və enerjimi gözəl işlərə sərf edirəm. O qadınla mənim nə işim ola bilər? Adımı da hallandırmasın. Onun işi həyat yoldaşımladır. Mübarizəsini də onunla davam etdirsin. Düz danışsın və mənim adımı öz adı ilə yanaşı çəkməsin. Çaşmasın".
Qeyd edək ki, primetime.az-ın xəbərinə görə, T.Qumral Nazənini yalançılıqda ittiham edib: "Nazəninin istəyi məni həbs etdirmək idi. Məhkəmə isə sonda məni 4 min manat cərimələdi. Və bununla da məsələ mənim üçün qapandı. Amma o, bununla razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinə müraciət etdi və qərar yenə qüvvədə qaldı. Mediada da yalan xəbərlər yaydı ki, guya mən şikayət etmişəm, mən məhkəməyə vermişəm. Onun vəkili özlərinin başlatdığı məhkəməni mənim adıma çıxarmağa çalışır. Nazənin yenə də yalan danışdı. Halbuki, apelyasiyanın qərarından da narazı qalan Nazənin indi də ayın 7-si məni Ali Məhkəməyə verib".
Qeyd edək ki, qarşı tərəfi ilk olaraq Təranə Qumralı məhkəməyə verib və uduzub. Uzun sürən məhkəmə çəkişməsində Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə əlaqəsi faktlarla təsdiqlənib.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 964 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 926 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 917 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 916 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 913 dəfə oxunub