Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənni Elnarənin oğlu zəhərləndi - “Uşaqlarınıza tapşırın…”

Müğənni Elnarə Xəlilovanın övladı şirnidən zəhərlənib.

Xeberci.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Elnarə xanım oğlunun zəhərlənməsinə səbəb olan konfetin şəklini paylaşarıb və valideynlərə xəbərdarlıq edib:

“Miryunisin nədən zəhərləndiyi artıq məlum olub. Sizlər də övladlarınızı qoruyun sovurma konfetdən. Artıq məktəbdə satışı dayandırıldı, siz də almayın. Məlum olub ki, onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun!”

Müğənni bildirib ki, bu hadisə 2 gün öncə oğlunun sinif yoldaşının başına gəlib: “Uşaq 1 gün reanimasiyada huşunu itirmiş vəziyyətdə qaldı. Ona şok vermişdi. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...