Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Maşın Şou. Hind kinosu” - Qadın bəxti - FOTO/VİDEO

Dünən “Maşın şou. Hind kinosu”nu Nərgiz Əliyeva tərk edib.

Mynews.az xəbər verir ki, bununla da aktrisa şounu tərk edən qadınların cərgəsinə qoşulub.

Lakin bu haqda bir qədər sonra.

İndi isə onu qeyd etmək lazımdır ki, artıq neçənci dəfədir Nazilə Səfərlini ya rəqib seçirlər, ya da seçmək istəyirlər. Hələlik Nazilənin iştirakçıları niyə qıcıqlandırdığı bəlli olmasa da, onun başı üzərində buludların dolaşdığı açıq-aydın görünür.

Nərgiz Əliyeva tamaşaçıların gözü qarşısında bəraət qazanmağa cəhd edib, lakin bu, onda yaxşı alınmayıb. Nazilə Səfərli haqqında isə bunu demək olmaz, onun soyuqqanlı olması heyrət doğurur.

Nəticədə, tamaşaçılar aktrisanı şouda görmək istəməyiblər. Bununla da onlar Nazilə Səfərlini şoudan çıxmaq təhlükəsindən xilas etmiş olublar. Bu, artıq bu gün namizədlər arasında yenidən Səfərli soyadına rast gəlinəcəyinə dəlalət edirmi? Hər şey ola bilər.

O da maraqlıdır ki, son dörd gündə şoudan bir-bir zərif cinsin nümayəndələri çıxır. Bunlar Ruhəngiz Allahverdiyeva, Aysel Nazim, Mina Hüseyn və şounun bugünkü qəhrəmanı Nərgiz Əliyevadır. Bu, kişilərin sövdələşməsidir?

“Layihədə özlərini çox hiyləgər sayan qızlar var, inanın, bu, belə deyil. Bir-iki gündən sonra elə tapmaca başlayacaq ki, heç kim ondan qaça bilməyəcək. Onda kimin hansı oyunu oynadığını görəcəksiniz”, - deyə Nərgiz Əliyeva fikirlərini bölüşüb.

Ola bilsin ki, səsverməyə layihənin ən yaşlı iştirakçısı olan Allahverdi Yolçuyev çıxarılsın. Onu güclü oyunçu hesab etmirlər, ona görə də öz oyunlarında qurban kimi istifadə edə bilərlər.

Gün keçdikcə, layihə daha maraqlı olur. Odur ki, saat 22:00-da ATV-də “Maşın şou. Hind kinosu”nu izləməyi unutmayın.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...