Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Efirdə gərgin anlar - - Zaur parodiyaçıları qovdu

"Xəzər" telekanalında yayaımlanan "5/5" verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb. 

Mynews.az axşam.az-a istinadən bildirir ki, proqramda xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub. 

Proqrama tez-tez dəvət edilən parodiyaçı aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov - red.) studiyaya gəlib.

Onlar efirdə Teymur əmiyə söz ataraq oxumağa başlayıblar. Onların muğam ifaçısının bir dəfə efirdə "jim" etməsini ələ salması onun xoşuna gəlməyib.

Parodiyaçılar "Jim eləsin Teymur əmi" oxumağa başlayıblar. Daha sonra isə Divir studiyada "jim" edib və T.Mustafayevi də ona qoşulmağa dəvət edib. İfaçı isə ona reaksiya verməməyə çalışıb. 

Yenidən oxumağa başlayan parodiyaçıların mikrofonunu bağlayıblar. Teymur əmi isə əsəbiləşərək onlarla mübahisə edib. 

Aparıcı Zaur Kamal isə  parodiyaçıları efirdən qovub və "Bir də onları efirə buraxmayın" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...