Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ayan efirdə kövrəldi - "Hamı bilir qızımın atası kimdir" - VIDEO

Ana olduqdan sonra Azərbaycanı tərk edərək İstanbula köçən müğənni Ayan Babakişiyeva "Hər şey daxil" verilişinin qonağı olub. 

Mynews.az xəbər verir ki, ifaçı Bakıdan köçmə səbəbini açıqlayarkən kövrəlib. 

"İstanbulda özümə iş qurmuşam. Bu gün çox xoşbəxtəm. Bakıdan qızıma görə köçdüm. İstədim ki, xoşbəxt yaşasın, psixoloji travma almasın. Bağçaya, məktəbə gedərkən bəzi sözləri eşitməsini istəmədim. Bu günümə çox şükür. Hər kəs bilir qızımın atası da, anası da kimdir. Əsas budur. Tək deyil, anası, nənəsi, dayısı yanındadır. Durub kiminsə arxasınca danışmaq yaşım deyil. Hüzurum var. Hamının həyatında ayrılıq da olur, qara xətt də. Sevmişəm, sevilmişəm, xoşbəxt olmuşam". 

Ayan artıq böyüyən qızının çətin sualları qarşısında aciz qaldığını deyib: "Artıq çətin suallar verir. Onun bu suallarını müsbət cavablandırmağa çalışıram. İstəmirəm, qızımda mənfi aura yaradım". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...