Xalq artisti - Qalmaqallar, söz-söhbətlər mənlik deyil

Heç vaxt həyatımda “mənəm-mənəm” deməmişəm. Belə şeyləri qəbul etmirəm. Ümumiyyətlə, “mən” sözündən xoşum gəlmir.
Mynews.az xəbər verir ki, bunu “Şöhrət” ordenli Xalq artisti, professor Səkinə İsmayılova deyib.
O qeyd edib ki, hər zaman sadəliyin, təvazökarlığın tərəfdarı olub.
“Bildiyiniz kimi, bir neçə il öncə ölkə prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum.
O zaman da dedim ki, bu, təkcə mənim sənətimə, əməyimə verilən qiymət deyil, bu, bütün sənət adamlarına, muğam sənətinə, onun xiridarlarına verilən dəyərdir. Bunu təkcə özümünkü saymadım, həm də bütün sənət dostlarımınkı saydım. Çünki dediyim kimi, “mənəm-mənəm” deməkdən xoşum gəlmir, “mən” sözünü qəbul etmirəm. Əsl sənət, əsl sənətkarlıq sadəliyi sevir. Çalışmışam və çalışıram ki, daim belə olum”, - deyə S.İsmayılova əlavə edib.
O, qalmaqallardan, söz-söhbətlərdən uzaq olmağa çalışdığını və bunların, əslində, sənətə heç nə vermədiyini bildirib. Vurğulayıb ki, qalmaqallar, söz-söhbətlər onluq deyil.
Qeyd edək ki, S.İsmayılova 24 fevral 2016-cı il tarixində Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Maqazin
- Xoşqədəm efirə çıxmaya bilər - "Nəfəs ala bilmirəm"
- Macarıstan “Avroviziya” müsabiqəsindən çıxır - “Homoseksuallığın donanmasıdır”
- Ərinin ayaqlarını öpdüyü görüntüləri paylaşdı və ... - VİDEO
- Təranə Qumralın qızı nazirlikdə işləyirmiş
- Fədayə Laçından Tacirlə bağlı gözlənilməz açıqlama
- "Yadımdan çıxıb, yubkamı geyinməmişəm" - Günel efirə BELƏ ÇIXDI - FOTO - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 554 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 553 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 198 dəfə oxunub
- “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur 190 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 187 dəfə oxunub