Elnarə “Xocalıya ədalət”i jest dilində təqdim etdi - VİDEO

Müğənni Elnarə Xəlilovanın “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına jest dilində klip çəkilib. Layihə “Araxçın” MMC və “Silent Communicatian” komandasının təşkilatçılığı ilə ərsəyə gəlib. Nizami Kino Mərkəzində ekran işinin təqdimatı olub. Klipdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin şagirdləri çəkilib.
Təqdimat mərasimində bir dəqiqəlik sükutdan sonra həmin şagirdlərin ifasında Azərbaycan Himni ilə başladı. Klipə baxdıqdan sonra isə mahnı sözlərinin müəllifi, Xocalı hadisələrinin canlı şahidi Yasif Savalan, Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov, Gənclər üçün təhsil mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Elnarə Xəlilova, Araxçın MMC-nin rəhbəri Fatimə Süleymanova, jest dili surdotərcüməçisi Könül Quliyeva təəssüratlarını bölüşdülər.
Mahnı eyni zamanda İngilis və Azərbaycan dillərində də ifa edilib. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir. Jest dili ilə ekranlaşdırılan “Xocalıya ədalət” klipinin rejissoru Orxan Bektaş, prodüseri Cihan Deveci, operatoru Əhməd Baraşov, asistenti Elxan Kazımlıdır.
Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Jest dili isə bütün dünyada olan məhdudiyyətli insanlara Xocalı soyqırımı haqqında məlumat verəcək”.
Maqazin
- "Qarnını göstərmə, ayıbdır" - Vüsalə bu FOTOsuna görə də qınandı - FOTOLAR
- Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı
- Məşhur serialdan ayrılan aktrisadan xəbər var - VİDEO
- “Röya xalq düşmənidir, ölkədən qovulsun” - Xalq artistinə kütləvi etiraz - VİDEO
- Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
- "Can Azərbaycan, zəfərin mübarək"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 600 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 593 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 591 dəfə oxunub