Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sibel Can Bakıya gəlir

Məşhur türkiyəli müğənni Sibel Can sabah Bakıya gələcək.

Mynews.az xəbər verir ki, martın 8-ində baş tutacaq konsert Beynəlxalq Qadınlar gününə həsr olunacaq.

 

Müğənni solo konsertindən əvvəl Bakının tarixi yerlərini gəzəcək, onlarla yaxından tanış olacaq. Sənətçi bir gün sonra Bakı Konqres Mərkəzində konsert verəcək.

Qeyd edək ki, Sibel Can Bakıda sonuncu dəfə dörd il öncə, noyabrın 6-da əyləncə mərkəzlərindən birində konsert proqramı ilə çıxış edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...