"Hüseyn Dəryanın qəbri açılacaq" - Reperin qızı
"20 günə yaxındır ki, verilişə gəlib-gedirəm. Artıq yoruldum, mövzudan yox, gəlib-getməkdən. Hazırda Türkiyədə təhsil alıram, buna görə dərsləri dondurmuşam. Məcburiyyət qarşısında Türkiyəyə getməliyəm".
Bu sözləri mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" verilişində deyib. O, atasının qəbrinin açılmasını tələb edib:
"Bura gələndə Sona xanımın sözü o oldu ki, mənim sənə verəcəyim sualları xalq sizə verir. İndi mən ona deyirəm, mənim sənə verəcəyim sualları, xalq sənə verir. Niyə gəlmirsiz, kimdən qorxursuz və arxaya addım atırsız? Dediz, özünü sübut et. Anamı, bibimi götürdüm, alnım açıq DNT analizi verdim və sübut etdim. Sona xanım, siz niyə getmirsiz?
Hamı deyir, niyə belə iddialısan? Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur.
Türkiyəyə gedirəm, amma məsələni sonlandırmıram. Ömrümün sonuna qədər məsələnin üstünə gedəcəm. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək.
Sona gəlib desəydi ki, Cahangir Hüseyn Dəryanın mənəvi oğludur, bağışlayardım. Bağrıma basıb deyərdim ki, mənim mənəvi qardaşımdır. İndi isə tam əminəm ki, Cahangir Hüseynin mənəvi oğludur.
Sona xanım, gəlin verilişə deyin hər şeyi. Atamın ruhuna hörmətsizlik etməyin. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq. Türkiyədən qayıdandan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik".
///Axşam.az
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 984 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 949 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 939 dəfə oxunub