Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aleyna Tilki Bakıda pulsuz konsert verecək - VİDEO - FOTOLAR

Türkiyənin məşhur pop ifaçısı Aleyna Tilki Azərbaycana gəlir.

Mynews.az xəbər verir ki, Aleyna Novruz bayramı ilə əlaqədər martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək. 

Konsert 20-26 mart tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi “Bahar qalası” festivalı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Aleyna “Yetenek Sizsiniz Türkiye” yarışmasından tanınıb. 2017-ci ildə “Sen olsan bari” mahnısı ilə daha da məşhurlaşıb. Sənətçi ötən il “Altın Kelebek” mükafatına da layiq görülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...