Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alim Qasımov qəzəbləndi - "Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur!"

Xalq artisti Alim Qasımov dediyi sözlərin bəzi jurnalistlər tərəfindən təhrif olunduğunu iddia edib.

Muğam ustası özü bu haqda məlumat verib:

“Mən deməmişəm ki, Azərbaycanın muğamı yoxdur! Mənə zəng edib sual verirlər, danışandan sonra baxıram ki, tamamilə başqa sözlər yazılıb. Sözlərimi təhrif edibər. Mən muğamımızı danmışam?! Bir daha təkrarlayıram, biz Şərq ölkəsiyik. Hər ölkənin öz muğam tərzi var. Bizim də özümüzə məxsus muğamımız və onun tarixi var. Sizdən xahiş edirəm ki, fikirlərimi olduğu kimi yazın. Əlibaba müəllim də bu haqda danışıb. Demək istəyirəm ki, o, bizim ustadımızdır, nə deyibsə, düz deyib! ”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...