Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar” - Rüfət günahkar olmadığını deyir

“Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur! Günahı olanları Allaha tapşırırıam və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”. 

Mynews.az  news24.az-a istinadən xəbər verir ki, bu sözləri “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz məlum hadisənin "qəhrəmanı" müğənni Rüfət Axundov deyib. 

“Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın” deyən R.Axundov, bu məsələdə özünü günahkar bilir:

“Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...