Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nigar Camal Elina üçün prezidentə müraciət etdi

“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm".

Mynews.az - ın məlumatına görə, bu sözləri “Eurovision 2011” qalibimiz Nigar Camal "İnstagram" hesabında yazıb.

Müğənni Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya 162 saylı orta məktəbdə yaşanan intihar hadisəsi ilə bağlı müraciət edib.

O, hadisədə günahı olan hər kəsin cəzalandırılmasını xahiş edib: "Cənab Prezident, uşaqlarımızı xilas edin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...