Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəbnəm Bakı küçələrində “avtoşluq” etdi - VİDEO - FOTOLAR

Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər. 

Mynews.az xəbər verir ki, ifaçıların sükan arxasında etdiyi təhlükəli ötmə əməliyyatı “Instagram”da paylaşılıb. 

Həmin görüntülərdən aydın olur ki, Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar. Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub. 

Sözügedən kadrlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Kimi onları “görməmiş” adlandırıb, kimi də “yolda meymunluq edirlər” kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...