Rəqsanəyə nə olub? - "Yaşamaq istəmirəm"
"Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. "Ata" adı ona çox yad gəldi. Hər kəs "ata" deyəndə, o qız boynun büküb baxırdı. "Ata" sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi".
Bu sözləri müğənni Rəqsanə İsmayılova özü haqda yazıb. Ad günü olan sənətçi təəssüratlarını bölüşüb. Rəqsanə xoşbəxt olmadığını etiraf edib:
"Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. "Bəxtəvər" deyənlərə ürəyimdə gülüb keçirəm.
Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə - ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm".
Qeyd edək ki, Rəqsanə son günlər qəmli paylaşımları ilə diqqət çəkib. Onun hətta ərindən ayrılma xəbəri də yayılmışdı.
axsam.az
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1092 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1077 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1077 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1026 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1018 dəfə oxunub