Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə " Gelandewagen" alsın" - VİDEO

Xalq artisti Nisə Qasımova avtomobilini, evini reklam edənləri qınayıb.

Mynews.az xəbər verir ki, xalq artisti "Şou news" verilişində Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini tənqid edib:

"Təkəbbürlükdən acığım gəlir: paltar, maşınla öyünürlər. Maşınların kralı olub məndə, heç vaxt dilə gətirməmişəm. Çəkilişdən də qaçmışam. Heç adlarını da bilmirəm.

Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə "Geländewagen" alsın. Heç bilmirəm ki, o, necə maşındı, neçə qapısı var. Vidadi Bərdəlinin qızı yaxşı oxuyandı. Yəqin kimsə onu özündən çıxarıb, o da danışıb. Bunları deməsələr yaxşıdır".

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...