Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Anar Mədətov onu həyatından silən oğluna jest etdi

Prodüser Anar Mədətov oğlunun soyadını dəyişməsilə barışa bilmir.

Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, atasının ikinci dəfə evləndiyinə görə Mədətov soyadından imtina edib Emrəli olan "Qarabağ"ın və millinin futbolçusu Mahir dünən APOEL-lə oyunda qol vurub.

Mahirin atası Anar Mədətov oğlunun qol vurduğu kadrları paylaşıb və paylaşımında onu Mahir Mədətov kimi qeyd edib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...