Fədayənin cəzası azaldıldı - 23 gün sonra azadlığa çıxacaq

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.
Bundan başqa Kanvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla E. Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Fədayənin 2 illik həbs müddəti oktyabrın ayının 23-də bitir.
Maqazin
- “Röya xalq düşmənidir, ölkədən qovulsun” - Xalq artistinə kütləvi etiraz - VİDEO
- Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
- "Can Azərbaycan, zəfərin mübarək"
- Elnarə həyat yoldaşına mahnı həsr etdi - FOTOLAR
- Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya
- Aysel və Oqtayın boşanma səbəbi bilindi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 929 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 927 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 598 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 593 dəfə oxunub
- Neft qiymətləri ucuzlaşır 591 dəfə oxunub