Qardaşım mənə bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim - Xalq artisti
Xalq artisti Nazpəri Dostəliyeva qonağı olduğu “Xəzər” TV-də yayımlanan “Ay Zaur" axşam şousunda vəfat etmiş qardaşlarından söz açıb.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, dörd qardaşın bacısı olduğunu deyən N.Dostəliyeva qardaşlarının ikisinin vəfat etdiyini bildirib.
“İki qardaşımı itirmişəm. İllər öncə böyük qardaşım elektrik qatarına minmək istəyəndə sürüşüb qatarın altına düşmüşdü. O biri qardaşım benzin dolduranda avtobus sürətlə gəlib, onu vurub. Qəzada qabırğası sınan qardaşım bir müddət xəstə yatdı, sonra isə vəfat etdi”.
O, qardaşları ilə küsülü olduğunu təkzib edib. Xalq artisti onlarla yaxşı münasibətdə olduğunu vurğulayıb.
Xalq artisti illər öncə bacısı Zeynəb Dostəliyeva ilə aralarında soyuqluq olduğunu dilə gətirib.
Müğənni proqramda həmişə qız övladının olmasını istədiyini deyib:
“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta qızımı universitetə getməyə qoymazdım. Bəlkə də, rəfiqələrinin olmasına belə icazə verməzdim”.
Xalq artisti səhnəyə çıxdığına görə qardaşından ağır zərbələr aldığını və şiddət gördüyünü etiraf edib:
“Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə dəfələrlə mənə əl qaldırırdı. Bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim”.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1118 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1102 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1101 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1046 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1038 dəfə oxunub