Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Macarıstan “Avroviziya” müsabiqəsindən çıxır - “Homoseksuallığın donanmasıdır”

Macarıstan “Avroviziya” müsabiqəsindən çıxır.

Bu barədə “The Guardian” xəbər verib.

Müsabiqədə iştirakdan çıxma səbəbi barədə rəsmi məlumat verilməyib.

“Bununla yanaşı, belə bir addım Baş nazir Viktor Orbanın ənənəvi ailə və yüksək nəsil artımına yönəlmiş “birinci ailə” siyasətinə dəstəyi, həmçinin, Macarıstanda güclənmiş homofob ritorikası fonunda həyata keçirilir”, - deyə materialda bildirilir.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində ölkə Parlamentinin spikeri eynicinsli insanların övladlığa uşaq götürməsini pedofiliya ilə eyniləşdirmişdi, pravoslav televiziyasının icmalçısı isə “Avroviziya”nı “homoseksual  donanma” adlandırmış və bildirmişdi ki, burada iştirak etmək millətin psixi sağlamlığı üçün faydalı deyil.

Bundan başqa, Macarıstanın MTVA yayımı “The Guardian”a bildirib ki, müsabiqədən çıxma səbəbi barədə rəsmi məlumat verilməməsinə baxmayaraq, əməkdaşlar hesab edirlər ki, bu, müsabiqənin homoseksual mədəniyyətlə assosiasiası ilə əlaqədardır.

Nəşrə ünvanlanan məktubda o da bildirilir ki, onlar 2020-ci ildə “Avroviziya”da iştirak etmək əvəzinə, macar pop-musiqisinin istedadlılarının yaradıcılığına dəstək verəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...