Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Heç vecimə deyilsən” - Dilarə Kazımova

Tanınmış müğənni Dilarə Kazımova 14 fevral –Sevgililər günündə  “Heç vecimə deyilsən” klipi ilə gündəm yaradıb. Yeni işıq üzü görən klipdə  müğənninin sevgilisi olmayanların dilindən səsləndirdiyi mahnının söz və musiqisi Nəzrin Vəlizadəyə, aranjimanı isə Fidan Alivaya aiddir.

“Boomerang Label”-ın dəstəyi ilə ərsəyə gələn klipin ideyasının müəllifi isə Dilarə Kazımova özü olub. Nigar Məmmədovanın  rejissorluğu ilə operator  Ruslan Ağazadənin lentə aldığı “Heç vecimə deyilsən” klipində maraqlı nüanslar yaşanıb. Sevən xanımların dəyişkənliyini canlandıran müğənni bəylərə bildirir ki, dəlicə sevən qadının belə bir gün vecinə olmaya bilərlər. 

Klipdə məşhur simalar müğənni Ülviyyə Rəhimova və Sabina Nuriyeva da maraqlı obraz  yaradıblar.

Yeni klipi aşağıdakı linkdə izləyə bilərsiniz.  

https://www.youtube.com/watch?v=ZSugSDXf5KM&feature=youtu.be&fbclid=IwAR0jklZ-MADwXALIriLRBK0EgLAJXUaFzM2PAyBXkyK8lD5_dxkh4ZhsVFQ

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...