Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Survivor 2020"də azərbaycanlı idmançı dava saldı - VİDEO

"Survivor 2020" yarışmasında azərbaycanlı idmançı ilə digər iştirakçı dava edib.

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə dalaşıb.

Buna səbəb Yasinin oyun zamanı kəskin reaksiyası olub. Pərviz əvvəlcə ona sakit olmasını söyləyib. Daha sonra isə Yasinin üzərinə gedən Pərviz "ağıllı ol" deyərək ona xəbərdarlıq edib. 

Sonda Pərvizin komandası yarışda qalib gəlib. Yasin və Pərviz arasındakı gərginlik isə sona çatıb.

Tərəflər bir-birindən üzr istəyərək barışıq elan edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...